!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

8 Martda tanınmışlar kimdən hansı hədiyyəni gözləyir? - SORĞU

!Reklam – Yazi

Sabah 8 mart Beynəlxalq Qadınlar günüdür. Bütün xanımlar bu gün sevdiklərindən hədiyyə gözləyir. Biz də “Kimdən hansı hədiyyəni gözləyirsiz?” sualı ilə tanınmışlara müraciət etdik.

Yenicag.az sənət adamları arasında keçirdiyi sorğunu təqdim edir:

Gülyanaq Məmmədova, Xalq artisti, müğənni:

“8 Mart ərəfəsidir. Əslində, oturub gözləmirəm ki, kimsə gətirib mənə hədiyyə verəcək. Həyat yoldaşıma, ailəmə ancaq cansağlığı diləyirəm. Amma hədiyyə alanda xoş olur, xüsusən də övladlarımın hədiyyəsi məni xoşbəxt edir. Hədiyyənin böyüyü-kiçiyi olmur, əsas olan diqqətdir.

Əslində, sağlıqdan başqa heç nə ummuram. Bu dəqiqə elə bir durumdayıq ki, kimdənsə nəsə gözləməyin yeri yoxdur. Əsas olan sağlıqdır”.

Dilarə Əliyeva, Əməkdar artist, aktrisa:

“8 mart Beynəlxalq qadınlar günü hədiyyə vermək bayramı deyil. Heç nə verməsələr də, sadəcə dəyər bəs edir”.

Sevinc Musayeva, müğənni:

“Heç kimdən heç nə gözləmirəm”.


Vüsalə Kərimova, aparıcı:

“Heç vaxt bayramda heç kimdən heç nə hədiyyə gözləmirəm. Hesab edirəm ki, kimsə hədiyyəni qarşılığını gözləmədən etməlidir. Öz içindən gələn yaxın insanlara hədiyyə edirəm”.

Aşıq Samirə:

“Hədiyyə gözləmirəm, amma hədiyyə verəcəyim insanlar var. Mənim üçün əsas övladlarımın saf, sevgi dolu təbrikləridir”.

Cəvahir

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv