Reklam: High Technic
hightechnic

8 nəfər öldü, 60 nəfər yaralandı - “Bayram” qəzalarında

Bayram günlərində ölkədə baş vermiş yol qəzalarının statistikası açıqlanıb.

Martın 22-də ölkə yollarında baş vermiş 9 yol qəzası 4 nəfərin ölümünə, 17 nəfərin isə yaralanmasına səbəb olub. Bərdədə iki avtomobilin toqquşması 2 nəfərin ölümü, daha 4 nəfərin xəsarət almasına, Cəlilabaddakı toqquşma isə 2 nəfərin ölümünə və 6 nəfərin yaralanmasına səbəb olub.

Bundan başqa, martın 21-də ölkə yollarında 9 yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb. Martın 20-də isə baş vermiş 9 yol qəzası 2 nəfərin həyatını itirməsi, 12 nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.

Martın 19-da baş vermiş 13 yol qəzasında isə 2 nəfər ölüb, 16 nəfər isə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə son 4 gündə ölkə yollarında baş vermiş qəzalar 8 nəfərin ölümü, 60 nəfərin isə yaralanmasına səbəb olub.

Yeniçağ.az

www.yenicag.az

74