Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

81 yaşlı kişi qəza törətdi - Ana və körpəsi öldü

Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Əliyev Şamil Əlihüseyn oğlu idarə etdiyi “Volvo” markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobillə Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yoluna çıxarkən həmin yolla hərəkət edən 1964-cü il təvəllüdlü Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi “Hyundai” markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, “Hyundai” markalı avtomobildə olan sərnişinlər, 1994-cü il təvəllüdlü Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, 2017-ci il təvəllüdlü Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada dünyasını dəyişib.

www.yenicag.az

3365
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM