!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

83 yaşlı qoca 38 yaşlı nəvəsini öldürdü – Alkoqolun “xatırlatdığı” köhnə inciklik

!Reklam – Yazi

Rusiyada 38 yaşlı nəvəsini qətlə yetirməkdə şübhəli bilinən 83 yaşlı qoca həbs edilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Vladimir vilayəti üzrə Regional İdarəsi açıqlayıb.

İstintaqın ehtimalına görə, baba ilə nəvə öz həyətyanı sahələrində istirahət edərkən, alkoqollu içkinin təsiri altında olan qoca ilə nəvəsi arasında köhnə incikliklər üzündən mübahisə yaranıb.

Bu zaman bıçağa əl atan 83 yaşlı təqaüdçü nəvəsinin sinəsinə zərbə endirib. Nəvə aldığı bıçaq yarasından yerindəcə keçinib.

Barəsində cinayət işi açılan qocanı gözləyən cəza haqqında hələlik məlumat verilməyib.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv