!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

85-in “kürəyini” yerə vuran Xalq artisti: “Xanımım qısqananda, özümdən çıxıram, deyirəm ki...”

!Reklam – Yazi

“Həyatımda boz, qara rənglər çox olub, amma sonradan ömrüm əlvan rənglərlə boyanıb”.

Bu sözləri 85 illik yubiley təəssüratlarını Yenicag.az-la bölüşən Xalq artisti Tariyel Qasımov deyib.

Sevilən aktyor bu günə qədər arzuladığı, amma hələ oynamadığı rol olmadığını bildirib:

“Dövlət tərəfindən bütün fəxri adlara, təqaüdlərə layiq görülmüşəm. Aktyor kimi ən böyük arzum yeni filmlərdə rol almaqdır. Bu günə qədər arzuladığım, amma oynamadığım elə bir rol yoxdur.

Hətta istəmədiyim rolları belə veriblər. İmtina etməmişəm, məcbur olub oynamışam. Amma o obrazları elə oynamışam ki, tamaşaçı sevib.

Hələ neçə-neçə obrazlarda çəkilmək arzusundayam. Buna mənim potensialım, fakturam, daxili enerjim imkan verir. 85 yaşım tamam oldu, amma rəqəmlərin yerini dəyişib etmişəm 58”.

O, həm xoşbəxt aktyor, həm də xoşbəxt ailə başçısı olduğunu qürurla qeyd edib:

“Həyatımda boz, qara rənglər çox olub, amma sonradan ömrüm əlvan rənglərlə boyanıb. Həm xoşbəxt aktyor, həm də xoşbəxt ailə başçısıyam. Belə gənc qalmağımda xanımımın da rolunu danmıram.

Hərçənd qısqanclıqları olsa da, bunu heç xoşlamıram. İkimiz yolda gedirik, gəlib məni öpüb, bağırlarına basırlar. Qalaq-qalaq sevgi məktubları alıram.

Qısqanclığı hec xoşlamıram, xanımım qısqananda, özümdən çıxıram. Ona deyirəm ki, bu mənə olan tamaşaçı sevgisinin təzahürüdür”.

“85 yaşın zirvəsindən boylananda, hansı yaşınıza qayıtmaq istərdiniz” sualını Xalq artisti belə cavablandırıb:

“Tələbəlik illərimə dönmək istərdim, kaş ki o illəri yenidən yaşamaq mümkün olaydı…”

Cəvahir

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv