!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 ayda 31 minə yaxın “ASAN İmza” verildi

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi ödəyicilərinin müraciəti üzrə 30 834 “ASAN İmza” sertifikatı verilib.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 337 445 şəxs qəbul edilib, onlara 633 233 xidmət göstərilib. Bu xidmətlər əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, fiziki şəxsin uçota alınması və yenidən uçota alınması, qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi, “ASAN İmza” sertifikatının təqdim edilməsi və digər məsələlərlə bağlı olub.

9 ay ərzində vergi ödəyicilərinə xidmət strukturları 3 577 ödəyicinin iştirakı ilə 210 görüş keçirib, 4 761 ünvanlı xidmət tədbiri təşkil edib. Vergi ödəyicilərindən daxil olmuş 13 minə yaxın yazılı müraciət cavablandırılıb. Hesabat dövründə vergi ödəyicilərinə 9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə isə onların mobil nömrələrinə 465 mindən çox SMS göndərilib.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv