!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 May Qələbə Gününün adı və tarixi dəyişdirilə bilər

!Reklam – Yazi

Moldova Nazirlər Kabineti ölkədə Qələbə Gününün qeyd olunması tarixinin 8 maya keçirilməsi və adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Moldova Hökumətinin rəsmi saytında dərc edilib.

Bildirilib ki, müvafiq qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib.

Xatırladaq ki, ötən ayın sonunda hakim “Fəaliyyət və Həmrəylik” partiyasının bir qrup deputatı 9 May Qələbə Gününün ləğv edilməsi və İkinci Dünya müharibəsi zamanı həlak olanların şərəfinə 8 Mayın Anım və Barışıq Günü kimi təsis edilməsi haqqında qanun layihəsini irəli sürüb.

Qanun layihəsi parlamentin gündəliyinə salınsa da, hökumətin müsbət rəyi olmadığına görə məsələyə baxılması təxirə salınıb.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv