!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“90-cı illərdə və Ərdoğan dönəmində Türkiyənin Azərbaycana münasibətini müqayisə etsək...” – Sabiq baş nazir

!Reklam – Yazi

“Hələ Xalq Cümhuriyyəti yarandığı dövrdən Türkiyənin Azərbaycana münasibətində konkret hədəf olub”.

Bu fikirləri Azərbaycan cəmiyyətində Türkiyədə başlayan prezident və parlament seçkilərinə yönəlik diqqəti və qardaş ölkədə mümkün iqtidar dəyişikliyinin iki dövlətin münasibətlərinə potensial təsirini dəyərləndirən Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Türkiyədə keçirilən seçkilərin yüksək maraqla izlənməsində qeyri-adi heç nə yoxdur:

“Hesab edirəm ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq, Türkiyədə keçirilən seçkilərə marağın böyük olması təbiidir. Çünki biz Türkiyədə baş verən proseslərə öz hadisələrimiz kimi yanaşırıq, həyəcanlanırıq, narahat oluruq, yaxud sevinirik.

Ona görə də “Azərbaycanda Türkiyə seçkilərinə maraq olmamalıdır və onun mümkün nəticələrinə münasibət bildirilməməlidir” kimi fikirləri doğru saymıram. Bütün hallarda hər kəsin öz fikrini ifadə etmək haqqını tanımaq lazımdır.

Hakimiyyətlərin, siyasi qüvvələrin dəyişməsindən asılı olmayaraq, hələ Xalq Cümhuriyyəti yarandığı dövrdən Türkiyənin Azərbaycana münasibətində konkret hədəf, istiqamət olub. Əlbəttə, bu mənada düşünürəm ki, Türkiyədə hətta Azərbaycana münasibəti köklü şəkildə dəyişdirmək fikrinə düşənlər olsa belə, bunun baş verməsi mümkün deyil.

Bununla belə, nəzərdə tutduğumuz çərçivə daxilində dəyişikliklər olub və yenə də ola bilər. Məsələn, Türkiyədə ötən əsrin 90-cı illərində Azərbaycan-Ermənistan müharibəsinə münasibət, o cümlədən qəbul edilən qərar və edilən hərəkətlərlə Rəcəb Tayyib Ərdoğan dönəmindəki qərar və hərəkətləri müqayisə etsək, mənzərəni aydın görərik”.

A.Zeynalov

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv