!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Konstitusiya Ermənistan Respublikasının ölümünü qeyd edəcək” - Şarmazanov

!Reklam – Yazi

 

“Ermənistanın yeni Konstitusiyası onun ölümünü qeyd edəcək”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının İcra orqanının üzvü Eduard Şarmazanov 24TV-də deyib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu təşəbbüsü heç kimi təəccübləndirməməlidir. Bu, hazırkı hakimiyyətdən gözlənilən addım idi.
“Qarabağdakı qurumun maddi əsasları artıq de-fakto mövcud deyil. Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququndan, yenidən birləşmə ideyasından danışmağa dəyməz.

İndiki hakimiyyət faktiki olaraq bütün bu prinsiplərdən artıq imtina edib. İndi bütün bunların de-yure konsolidasiya edilməsi planlaşdırılır. Yeni konstitusiya bütövlükdə Ermənistan Respublikasının ölümünü qeyd edəcək. Armeniya Ermənistana çevriləcək.

Məsələn, Yerevanın adının dəyişdirilərək İrəvan qoyulsa, Qaregin Njdenin abidəsinin yerinə Atatürkün və ya Ərdoğanın babasının abidəsi qoyulsa, məni təəccübləndirməz”, – Şarmazanov deyib.
O hesab edir ki, yeni Konstitusiyanın qəbulu çoxlarının düşündüyü kimi Əliyevin deyil, Ərdoğanın tələbidir.
Şarmazanov Armeniyanın Ermənistana çevrilməsinin Ərdoğanın irəli sürdüyü “Böyük Turan” layihəsi çərçivəsində olduğunu vurğulayıb.
Xuraman Etibarlı

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv