!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəniz və hovuzlar: "Bu virusların yayılması..." - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, yay fəsli yaxınlaşır. İnsanların çoxu dənizlərə və hovuzlara üz tutacaq.

Bəs minlərlə insanın bir arada olduğu dəniz və hovuzlar yetəri qədər təmizdir mi? Virusa yoluxmaq ehtimalı nə dərəcədə realdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən infeksionist Sadiqə Əliyeva bildirib ki, dəniz suyu duzlu olduğu üçün təhlükəsizdir:

“Lakin müəyyən bir yerdə bakterial çirklənmə ola bilər. O cümlədən dəri və qurd xəstəliyi olan insanların dənizdən istifadə etməsi xəstəliyi yaya bilər. Yaxşı olar ki, onlar tam müalicə olunduqdan sonra çimərliklərə üz tutsun. Hovuzlar isə xlorla təmizlənir. Amma həssas dərili insanlara xlor pis təsir edə bilər.

Ümumiyyətlə, çirkli sulardan əsasən bağırsaq infeksiyası və qurd xəstəliyi keçə bilər”.

Şahanə Paşa

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv