Reklam: High Technic
hightechnic

Azərbaycanlı müğənnini əri tanımadı – İnanılmaz dəyişiklik + FOTOLAR

Saçlarını sarı rəngə boyayan və fərqli makiyajı ilə görünüşünü 180 dərəcə dəyişən müğənni Elmira Ələkbərzadəni hətta həyat yoldaşı, bacısı və oğlu da tanımayıb.

Yenicag.az-a açıqlama verən sənətçi  xarici görünüşü ilə bağlı yeniliyin insanlar tərəfindən müsbət qarşılandığını deyib:

“Mən tez-tez imicimi dəyişən xanım deyiləm. Uzun illərdən sonra görünüşümdə dəyişiklik edirəm. Bu yeni görünüşüm də insanları çaş-baş saldı. Hətta ərim, bacım Seva, oğlum David məni tanımadı. Oğlumu bağçadan götürəndə dedi ki, sən Emma deyilsən. Axşam makiyajımı siləndə isə qoymadı. Dedi, qoy belə qalsın”.

Emma sosial şəbəkədə ünvanına xoş sözlər də yazıldığını deyib:

“Mən adətən sosial şəbəkədə şərh bölümünə qıfıl vururam. Çünki kişilər yox, məhz qadınlar başlayırlar bekarçılıqdan nəsələrsə yazırlar. Vallah mənim heç o şərhləri oxumağa vaxtım da qalmır. Bütün günümü ailəmə, uşağıma sərf edirəm. Ancaq gördüm ki, həqiqətən də xoş sözlər yazıblar, dəyişikliyi hər kəs müsbət qarşılayıb”.

Cəvahir

www.yenicag.az

4145