!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdullah Ərən: "Azərbaycan bütün dünyaya türkün mərhəmətini nümayiş etdirir"

!Reklam – Yazi

“Xankəndi, Xocalı və digər ərazilərdə nəzarəti tam bərpa edən Azərbaycan ordusu erməni əhaliyə lazımi yardımları göstərir. Bu bütün dünyaya türkün mərhəmətinin nümayişidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Türkiyə Məzunları Azərbaycan Görüşündə çıxış edən Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən səsləndirib.

O bildirib ki, Azərbaycan 30 illik həsrətə son qoyaraq tarixi qələbəyə imza atdı:

“Ermənistanın işğalçı siyasəti nəticəsində doxsanıncı illərdə minlərlə Azərbaycanlı öz dədə-baba yurdlarından yalın ayaqla çıxmaq məcburiyyətində qaldı. Bu gün isə ermənilərin vəziyyəti tamamilə fərqlidir. Onlar öz maşınları ilə Qarabağı tərk edirlər. Buna baxmayaraq, iyirmi dörd saatlıq antiterror əməliyyatı ilə Xankəndi, Xocalı və digər ərazilərdə nəzarəti tam bərpa edən Azərbaycan ordusu, təhlükəsizliyi təmin edən Azərbaycan polisi erməni əhaliyə lazımi yardımları göstərir. Bu bütün dünyaya türkün mərhəmətinin nümayişidir”

Nəsimi Ələsgərli

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv