!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdullahian Ermənistana səfər edəcək

!Reklam – Yazi

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dekabrın 27-də Ermənistana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində bildirib.

Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır.

Bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian sonuncu dəfə 2022-ci ilin oktyabrında Ermənistana səfər edib./Report/

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv