!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin NƏZƏRİNƏ: II və III qruplara bu mövzudan suallar da salınacaq

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni təqdim edib.

DİM-dən Yenicag.az-a verilən xəbərə görə, Qarabağda antiterror tədbirlərinə dair 2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin ötən ilin noyabr ayından mərkəzin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri;

Антитеррористические мероприятия локального характера Азербайджанской армии в Карабахском регионе 19-20 сентября 2023 года.

Mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlar da istifadə ediləcək.

2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında rus bölməsi üçün Ədəbiyyat (Литература) fənnindən dərc edilmiş “Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде” məqaləsi ilə isə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде.

Məlumat üçün bir daha bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar.

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv