!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün

!Reklam – Yazi

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat bu gün başa çatır.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 82 497 abituriyent qeydiyyatdan keçib.

Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 29 164 nəfər bu qrup üzrə müraciət edib.

II ixtisas qrupu üzrə 23 101 nəfər, III qrup üzrə 24 438 nəfər, IV qrup üzrə isə 5 794 nəfər qeydiyyatdan keçib.
Qeydiyyatdan keçənlərin böyük hissəsini – 74 297 nəfəri Azərbaycan bölməsi, 8 200 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 039 nəfərdir.

Qeyd edək ki, qeydiyyat mayın 6-da saat 23:59-da başa çatacaq.

www.yenicag.az

105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv