!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin sənəd qəbulunda YENİLİK

!Reklam – Yazi

“2023-cü ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub”.

Yenicag.az xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı Direktoru Vüqar Qurbanov Bakı Biznes Mərkəzində keçirilən “Elektron tibbi arayış xidmətinin təqdimatı” birifinqində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır.

“Hazırda TƏBİB tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar – işə və təhsil müəssisələrinə qəbul zamanı, habelə sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır”, – deyə o bildirib.

TƏBİB rəhbəri qeyd edib ki, 2023-cü il ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub:
“Uzun müddət TƏBİB, Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub.

Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır”, – Vüqar Qurbanov deyib.

İsmayıl Bakuvi

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv