Prezident İlham Əliyev Milli Məclisin “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna etdiyi son əlavələri təsdiq edib.
Yenicag.az-ın məlumatına görə, qanunun 11-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilib:
Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər “Reklam haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur.”.
2. 37-ci maddənin dördüncü hissəsi ləğv edilsin.
3. 50-ci maddənin beşinci hissəsində “Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi” sözləri “Kütləvi” sözü ilə, “reklam yayımına” sözləri “reklamına” sözü ilə əvəz edilsin.
50-ci maddənin beşinci hissəsində isə “Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi” sözləri “Kütləvi” sözü ilə, “reklam yayımına” sözləri “reklamına” sözü ilə əvəz edilir.