!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abramoviç buna görə vəkillərinə saatda 1900 dollar ödəyəcək

!Reklam – Yazi

Rusiyalı milyarder Roman Abramoviç müsadirə edilən iki təyyarəsini geri qaytarmaq üçün hüquq firmasını işə götürüb və o, bunun üçün vəkillərə saatda 1900 dollara qədər pul ödəyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Söhbət ABŞ-ın sanksiyaları pozduğuna görə onun iki təyyarəsinin müsadirə etməsindən gedir. O, ABŞ-ın bu əmrinə etiraz edərək onun maraqlarını təmsil edən Amerika hüquq firması Kobre &Kim-lə razılaşıb.

Kobre və onun iki vəkili Maykl Kim və Maykl Şervin Abramoviçi “hökumət münasibətləri strategiyası” və “məhkəmə və inzibati proseslər” üzrə təmsil etmək üçün ABŞ Ədliyyə Departamentində qeydiyyatdan keçib.

Rusiyanın Ukraynaya müdaxiləsi ABŞ-ın bir çox hüquq firmasını Rusiyadakı müştərilərini tərk etməyə sövq edib. Eyni zamanda, İngiltərə və Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinlə uzun müddətdir əlaqələri olan Abramoviçə qarşı sanksiyalar tətbiq etsə də, ABŞ bu addımdan çəkinib.

Ehtimallı səbəb kimi onun Rusiya və Ukrayna arasında danışıqlarda qeyri-rəsmi vasitəçi rolu göstərilib, lakin danışıqları davam etdirmək üçün Kiyevə səfəri uğursuzluqla nəticələnəndən sonra ABŞ rəsmiləri oliqarxa qarşı sanksiyalar tətbiq etmək cəhdlərini təzələyiblər.

Böyük Britaniya da rusiyalı oliqarx, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Onlar Londonun indiyə qədər tətbiq etdiyi ən böyük aktiv dondurulmasına məruz qalıblar.

Abramoviçin sanksiyaya məruz qalmamışdan əvvəl “Çelsi” klubunu satmağa çalışdığı məlumdur, lakin oliqarxın maliyyəsi “qara siyahı”ya salındıqdan sonra Britaniya hökuməti bu prosesi dayandırıb.

Abramoviç futbol klubunun satışından əldə olunan pulla Ukraynaya dəstək üçün xeyriyyə fondunun yaradılacağını bəyan edib.

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv