!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ 907-ci düzəlişdən imtina müddətini uzatmayacaq

!Reklam – Yazi

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib.

“Biz aydın şəkidlə bildirmişik ki, 19 sentyabr hadisələrindən sonra Azərbaycanla heç nə normal olmayacaq, ta ki biz sülh cığrında tərəqqi görənədək. Ona görə də biz bir neçə yüksək səviyyəli görüşləri ləğv etmişik, fəaliyyətləri qınamışıq…

Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, – O-Brayn bildirib.

Ceyms O-Brayn ABŞ-nin sülh razılaşması istiqamətində fəaliyyətlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətinin ifadəsi baxımından kritik olacaq.

Diplomat əlavə edib ki, 19 sentyabrdan sonra Bakı və İrəvana 13 ali səviyyədə səfər edilib. O, sülh prosesi ilə bağlı dövlət departamentinin türkiyəli həmkarları ilə də məşğul olduğunu deyib.

Bununla belə, O-Brayn ABŞ-nin bu yardımlarının Azərbaycanla yanaşı ABŞ üçün də anlamlı olduğunu əlavə edib.

“Mərkəzi Asiya ölkələri öz məhsullarını bazara çıxarmaq üçün yeni dəhlizlər axtarışındadırlar. Bu dəhlizlər Azərbaycandan Gürcüstana və ya Azərbaycandan Ermənistana və Türkiyəyə ola bilər…
Başqa yollarla – güc yolu ilə və ya İranın iştirakı ilə yaradılmış nəqliyyat dəhlizləri düşünürəm ki, çox güclü reaksiya ilə qarşılaşacaq və uğurlu olmayacaq. Bu sadə seçimdir”, – O-Brayn deyib.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv