!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Azərbaycan münasibətləri - Con Boltonun səfərinin pərdəarxası

!Reklam – Yazi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.

Con Boltonun Azərbaycandan əlavə Rusiya, Ermənistan və Gürcüstana səfərlər edəcəyi, həmkarları və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcəyi bildirilir.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin regiona səfərini politoloq İlqar Vəlizadə Yenicag.az-a şərh edib.

İlqar Vəlizadə bildirib ki, bu səfər ABŞ-ın regiondakı siyasətini dəqiqləşdirəcək:

“Con Bolton ABŞ-ın xarici siyasətini müəyyənləşdirən şəxslərdəndir. O, regiona gələrək bölgədəki iştirakçıların hansı mövqedə durduqlarını və hansı prioritetləri seçdiklərini bilmək istəyir. Ona görə də birbaşa rabitə çox mühümdür. Biri var ki, prosesləri kənardan müşahidə edəsən, biri də var ki, özün bu prosesləri yerində araşdırasan”.

Politoloq qeyd edib ki, hər ölkə üçün fərqli gündəm nəzərdə tutulacaq:

“ABŞ başa düşür ki, Azərbaycan regionda konnektor rolunu oynayır. Müxtəlif regionları və dövlətləri birləşdirən bir ölkədir. Ona görə də Azərbaycanın rolu xüsusidir. Burada təkcə neft-qaz amili rol oynamır. Azərbaycan vasitəsi ilə Əfqanıstana tranzit yolları keçir. Orta Asiya ilə Avropanı birləşdirən vacib ölkədir. Regionda gedən müəyyən proseslər Azərbaycanın apardığı siyasətdən asılıdır. Digər ölkələrdən fərqli olaraq ABŞ-ın Azərbaycanda daha çox marağı var. ABŞ ən çox Azərbaycana investisiya yatırıb, ABŞ şirkətləri ən çox burada təmsil olunub”.

Sonda İlqar Vəlizadə qeyd edib ki, ABŞ Azərbaycanda hansısa maraqlarına zərər yetirilməsini istəmir.

Səxavət Məmməd

www.yenicag.az

2586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv