!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ bank böhranlarının yaratdığı YENİ KRİZLƏR: Faiz dərəcələrində... - ARAŞDIRMA

!Reklam – Yazi

Amerikadakı bəzi bankların müflis olması digər problemlərə də yol açıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ hökumətinin 31.4 trilyon dollarlıq borcu digər banklara da təsir edib. Hətta “Wall Street” (Nyu-Yorkun ən məşhur maliyyə şirkətlərinin olduğu küçə – red) bankları potensial zərərləri araşdırıb, müxtəlif tədbirlər almağa başlayıb.

Vəziyyət o qədər ciddiləşib ki, ABŞ iqtisadiyyatı özünü böhran ehtimalına hazırlayır. Maliyyə sənayesi belə bir böhrana 2021-ci ildən hazırlaşmağa başlayıb.

Bundan əlavə, ABŞ dövlət istiqrazları qlobal maliyyə sisteminin əsasını təşkil edir, ona görə də defoltun yarada biləcəyi zərəri tam ölçmək çətindir. Lakin iqtisadçılar və bank rəhbərləri digər sahələrdə də kütləvi dəyişiklik gözləyirlər.

Hətta borcların bu qədər artması faiz dərəcələrində sıçrayışa, səhm qiymətlərinin aşağı düşməsinə və kredit sənədlərində müqavilələrin pozulmasına səbəb ola bilər.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv