!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ bununla Ermənistanın və onun havadarlarının diqqətinə çatdırmaq istəyir ki...” – ŞƏRH

!Reklam – Yazi

“Lui Bononun timsalında da bu fikrin bir daha ifadə edilməsi təsadüfi, yaxud da sıradan bir hadisə deyil”.

Bu fikirləri Bakıda səfərdə olan ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə Baş müşaviri Lui Bononun Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan öz aralarında anlaşmalarının vacibliyi haqda mövqeyini şərh edən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri, xüsusilə son vaxtlarda bəhs olunan mövzuda danışanda, Azərbaycanın mövqeyinə yaxın mövqe sərgiləyirlər:

“İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşdıqdan sonra ABŞ-nin regionda sabitlik və təhlükəsizlik məsələlərinə yanaşması ölkəmiz üçün əlverişli xarakter almağa başlayıb. Şəxsən özüm bunu davamlı şəkildə izlədiyim üçün əminliklə deyirəm ki, ABŞ rəsmiləri bəhs olunan mövzuda danışanda, Azərbaycanın mövqeyinə yaxın mövqe sərgiləyirlər. Yəni Qarabağın Azərbaycan ərazisi olduğunu birmənalı qəbul edirlər.

Bundan başqa, ABŞ yetkililəri, ümumiyyətlə, bütün bu müddət ərzində Azərbaycan-Ermənistan münasibətləri haqda fikir bildirəndə, ya Qarabağın adını çəkməməyə çalışıblar, ya da bu haqda çox ehtiyatla danışmağa üstünlük verərək, sabit mövqedən çıxış ediblər.

Deməli, ABŞ yüksək məqamlılarının bir mövqeyi olub ki, Ermənistanla Azərbaycan öz münasibətlərini tənzimləmək üçün üçüncü tərəflərin iştirakı olmadan ikisi birlikdə qərar verməlidir. Buraya sülh sazişinin hazırlanması və imzalanması, qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınması, o cümlədən iki xalq arasında münasibətlərin normallaşdırılması kimi məsələlər daxildir. Faktik olaraq, ABŞ davamlı şəkildə vurğuladığımız məsələlərə bu prizmadan yanaşıb.

Lui Bononun timsalında da bu fikrin bir daha ifadə edilməsi təsadüfi, yaxud da sıradan bir hadisə deyil. ABŞ bununla Ermənistanın və onun havadarlarının diqqətinə çatdırmaq istəyir ki, üçüncü tərəflər bu məsələyə müdaxilə cəhdlərindən çəkinməlidirlər, iki ölkə problemlərini öz aralarında həll etməlidirlər. Problem də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Bundan sonra Azərbaycan da analoji addımı atacaq.

Üçüncü tərəf dedikdə, əlbəttə, burada Rusiya və Fransa nəzərdə tutulur. Sözsüz ki, İranın da bu məsələdə “suyu bulandırmaq” cəhdlərinə baxmayaraq, Tehran çox irəli gedə bilmir. Qısacası, ABŞ rəsmisinin də nəzərdə tutduğu kimi, kənar müdaxilələr olmasa, Azərbaycan və Ermənistan arasında gerçək anlaşmanın baş tutması çox realdır”.

A.Zeynalov

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv