!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Cənubi Qafqaz regionunda strateji maraqlarının olduğunu gizlətməsə də...” – ŞƏRH

!Reklam – Yazi

“Vaşinqton regionda dayanıqlı sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə ciddi işlər görməyə hazır olduğunu göstərir”.

Bu fikirləri bir neçə gün əvvəl Azərbaycana səfər etmiş ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə Baş müşaviri Lui Bononun ifadə etdiyi mövqeni dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, ABŞ region dövlətlərinin milli maraqlarını arxa plana keçirmədən özünün geosiyasi maraqlarının təmin olunmasına çalışır:

“Əslində, ABŞ dövlət katibinin müşavirinin Bakıda səsləndirdiyi fikirlər Azərbaycan və Ermənistan arasında nizamlama prosesinə yanaşmada Vaşinqtonla Moskvanın mövqelərinin nə qədər fərqli olduğunu bir daha nümayiş etdirir.

Diqqət etmisinizsə, xüsusilə son dövrlərdə ABŞ-dən bu məsələyə yönəlik ifadə olunan mövqelərdə birtərəflilik, siyasi kələkbazlıq və xristian təəssübkeşliyindən çıxış etmək elementləri yoxdur.

Eyni zamanda ABŞ Cənubi Qafqaz regionunda strateji maraqlarının olduğunu gizlətməsə də, bölgədə siyasi maraqlarının da olduğunu qabarıq nümayiş etdirmir. Həmçinin ABŞ regionda dayanıqlı sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə ciddi işlər görməyə hazır olduğunu göstərir.

Bütün bunlarla yanaşı, ABŞ bölgədə və bu prosesdə Rusiyanın hegemonluğunu azaltmaq, yaxın perspektivdə isə Cənubi Qafqaz və Orta Asiyanın iştirakı ilə bu ölkə ilə hüdudlarda təhlükəsizlik zonası yaratmağı nəzərdə tutur. Yəni ABŞ region dövlətlərinin milli maraqlarını arxa plana keçirmədən özünün geosiyasi maraqlarının təmin olunmasına çalışır.

Azərbaycanın ərazi bütövlüyünə, Laçın dəhlizində yaranmış vəziyyətə, ölkəmizin o ərazilər üzərində suverenlik məsələsinə münasibətdə ABŞ və Rusiyanın mövqeyi kəskin fərqlənir. Ona görə də ABŞ rəsmisinin Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan anlaşmasının vacibliyi haqda fikri kifayət qədər obyektiv yanaşma kimi qiymətləndirilməlidir”.

A.Zeynalov

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv