!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Çin danışıqları 12 saat davam etdi

!Reklam – Yazi

Sentyabrın 16-17-də Maltada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan ilə Çinin xarici işlər naziri Vanq İ və onların nümayəndə heyətləri arasında danışıqlar ümumilikdə təxminən 12 saat davam edib.

Yenicag.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək səviyyəli nümayəndəsi xüsusi telefon brifinqində deyib. Rəsmi nümayəndə, həmçinin təsdiqləyib ki, ABŞ və Çinin yüksək rütbəli məmurları regionda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yaxın aylarda da bir sıra görüşlər keçirəcəklər. Onun sözlərinə görə, “hər iki tərəf münasibətləri sabitləşdirmək səylərini vacib hesab edir”. Eyni zamanda, Vaşinqton Çinin Tayvan boğazındakı hərəkətləri ilə bağlı Pekinə narahatlığını çatdırıb.

Ağ Evdən daha öncə verilən məlumata görə, Sallivan və Vanq İ Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər. Onlar bundan əvvəl may ayında Vyanada görüşüblər.

Son aylarda Vaşinqton administrasiyasının digər yüksək səviyyəli rəsmiləri – ABŞ-ın dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen, iqlim dəyişikliyi üzrə xüsusi elçi, sabiq dövlət katibi Con Kerri, ticarət naziri Gina Raimondo və başqaları Pekinə bir sıra səfərlər ediblər./Azertag/

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv