!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Çin GƏRGİNLİYİ: XİN rəhbərlərindən SƏRT telefon danışığı

!Reklam – Yazi

Çinin xarici işlər naziri Qin Qanqla amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı baş tutub.

Yenicag.az Çin mediasına istinadən xəbər verir ki, Qanq Blinkenə rsəmi Pekinin Tayvanla bağlı siyasətinin dəyişməz olduğunu xatırladıb.

Qanq həmkarına ABŞ-nin Çinin daxili işlərinə qarışmamalı, rəqabət adı altında onun suveren təhlükəsizlik və inkişaf maraqlarına zərər verən hərəkətlərdən əl çəkməli olduğunu da bildirib.

Bu ilin əvvəlindən Çin-ABŞ münasibətlərində yaşanan gərginliyə görə rəsmi Vaşinqtonun məsuliyyət daşıdığını bildirən Qin Qanq mövcud fikir ayrılıqlarını həll etmək, əməkdaşlıq əlaqələrinin inkişafını tətikləmək və ikitərəfli münasibətləri sabitləşdirmək üçün həmkarına birlikdə işləməyi təklif edib.

Blinken isə ABŞ-nin mövqeyini təmsil edərək ölkəsi adına narahatlıq doğuran məsələlərdə və potensial əməkdaşlıq sahələrində Çin ilə diplomatik kanallardan istifadə etməyə davam edəcəklərini vurğulayıb.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv