!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Çin münasibətlərində Tayvan SİNDROMU: "Hər an hər şey baş verə bilər"

!Reklam – Yazi

“Gərginliyin səngiməsinə baxmayaraq hər an hər şeyin olması ehtimalı da var”.

Bu sözləri ABŞ-nin bu gün Tayvan üçün ayıracağı hərbi yardım paketinin ABŞ-Çin münasibətlərinə təsirini dəyərləndirən siyasi ekspert Samir Hünbətov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ və digər Qərb ölkələri Çinlə münasibətləri Ukrayna-Rusiya müharibəsindən sonrakı dönəmə saxlayıblar. Lakin vəziyyət hər an gərginləşə bilər:

“Öncə bu məsələnin haradan qaynaqlandığına nəzər salmaq lazımdır. İlk dəfə olaraq, indiki Tayvan ərazisi Çin adıyla Millətlər Cəmiyyətinə daxil edilib. Dahha sonra 1976-cı ildən Millətlər Cəmiyyətində Tayvanı Çin özü əvəz etməyə başladı. Bundan sonra ABŞ ilə münasibətlərdə normallaşma prosesi getdi.

Demək olar ki, BMT ABŞ-nin nəzarəti altında fəaliyyət göstərir və istənilən bir dövlətin təşkilata üzvlüyü bu ölkənin razılığı əsasında həyata keçirilir. Çin və ABŞ münasibətlərinin gərgin olmasında da səbəb elə buradan qaynaqlanır. ABŞ adanı Çinin tərkib hissəsi kimi tanısa da, Tayvana hərbi yardımları davam etdirir.

Buna paralel olaraq ABŞ rəsmiləri bəyanatlarında qeyd edirlər ki, əgər Çin tərəfindən Tayvana hər hansısa hərbi müdaxilə baş verərsə, Amerika tərəfi buna göz yummayacaq. Bu da o deməkdir ki, tərəflər arasında gərginlik hər an arta bilər.

Edilən yardımlarn da əsas səbəbi Amerikanın özü üçün Asiya-Sakit okean hövzəsində dayaq məntəqəsinin möhkəmləndirmək istəyidir. Nəzərə almalıyıq ki, həmin regionda Cənubi Koreya və Yaponiya ilə əlaqələr yüksək səviyyədədir və sözügedən ərazilərdə bu ölkənin hərbi bazaları mövcuddur.

Əslində, burada da Tayvandan Çinə qarşı bir basqı elementi kimi istifadə niyyəti güdülür. Elə ötən ilin noyabrında ABŞ Nümayəndələr Palatasının rəhbəri N.Pelosinin adaya səfəri baş tutdu. Sözügedən səfər tərəflər arasında gərginliyin artmasına da səbəb oldu. Qeyd edək ki, 1997-ci ildən bu yana ABŞ tərəfindən yardımlar edilir.

Gərginliyin səngiməsinə baxmayaraq, hər an hər şeyin olması ehtimalı da var. Lakin ABŞ və digər Qərb ölkələri Çinlə münasibətləri Ukrayna-Rusiya müharibəsindən sonrakı dönəmə saxlayıblar. Yəni bir dövlətin bir neçə cəbhədə müharibə ocaqları yaradaraq sonadək davam etdirməsi qeyri-mümkündür.

Düşünürəm ki, yaxın müddət ərzində Amerika Çinlə konfrantasiyaya getməyəcək. Yox, əgər bu baş verərsə, bu proses Tayvan üzərindən həyata keçirə bilər. Bu baxımdan da edilən hərbi və maliyyə yardımları da Çinə qarşı basqı siyasətidir.

Tayvanın müdafiə bacarıqlarını yüksəltməsi hər hansısa müharibə risklərinin olmasından xəbər verir. Hətta ABŞ-yə məxsus müharibələri araşdırma institutu ötən il yaydığı hesabatda qeyd olunurdu ki, Çin ordusu qarşısında Tayvan təqribən üç gün davam gətirə bilər. Bundan sonra ABŞ gedişata müdaxilə etməlidir.

Bu qeyd də istənilən vaxt istənilən vəziyyətin yarana biləcəyini göstərir. Ukrayna-Rusiya savaşının bitməsiylə növbəti hədəfin Çinin ola bilməsi ehtimalı yüksəkdir”.

Yusif Səmədzadə

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv