!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Çinin HƏMAS-la bağlı bəyanatından MƏYUS OLDU

!Reklam – Yazi

ABŞ Senatının çoxluq lideri Çinin son HƏMAS hücumu ilə bağlı bəyanatından məyus olub.

Yenicag.az xəbər verir ki, ABŞ Senatının çoxluq lideri Çak Şumer bunu Çinin xarici işlər naziri Van İ ilə görüşdə deyib. O bildirib ki, Çinin HƏMAS-ın son hücumu ilə bağlı bəyanatından “çox məyusdur”, çünki o, “İsrailə heç bir rəğbət və ya dəstək” ifadə etmir.

Şumer bu həftə Çinə gedən altı senatordan ibarət nümayəndə heyətinə rəhbərlik edir.

“Mən sizi və Çin xalqını İsrail xalqının yanında olmağa və bu qorxaq və vəhşi hücumları pisləməyə çağırıram”, – Şumer deyib.

Çin Xarici İşlər Nazirliyinin bəyanatında hər iki tərəfi təmkinli olmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Qeyd olunur ki, müstəqil Fələstin dövlətinin yaradılması problemin həlli üçün fundamental yoldur.

“Münaqişənin bərpası bir daha göstərir ki, sülh prosesinin uzadılmış dayandırılması davam edə bilməz”, – Çinin bəyanatında deyilir.

“Açığı, Xarici İşlər Nazirliyinin bu çətin anlarda İsrailə heç bir rəğbət və ya dəstək ifadə etməyən bəyanatı məni çox məyus etdi”, – deyə Şumer çıxışının sonuna yaxın bir daha təkrar edib.

Xuraman Etibarlı

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv