Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-da 70 il sonra bir qadın edam ediləcək

ABŞ Federal Apelyasiya Məhkəməsi aşağı instansiya hakimin qadının edam hökmünün federal icrasını təxirə salınması ilə bağlı qəbul etdiyi qərarı ləğv edib.

Yenicag.az xəbər verir ki, məhkum Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusilə amansızlıqla qətlə yetirməkdə təqsirli bilinir. Edam hökmü 8 dekabrda, İndiana ştatında ölümcül inyeksiya ilə həyata keçirilməli idi.

Mühakimin vəkillərinin koronavirus infeksiyasına tutulması və onların cəzanın yüngülləşdirilməsi üçün vəsatət hazırlamaq üçün əlavə vaxt istəmələri hökmün həyata keçirilməsini gecikdirdi.

Nəticədə hakim edamı 12 yanvar tarixinə qədər təxirə salıb. Lakin indi bu qərar ləğv edildiyi üçün edamın icrası daha əvvəl reallaşdırıla bilər.

Qeyd edək ki, ABŞ-da sonuncu dəfə qadın 1951-ci ildə edam edilib.

www.yenicag.az

211