Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-da ilk koronavirus testinin yaradıcısı vəfat etdi

ABŞ-da ilk koronavirus testinin yaradıcısı Endryu Bruks vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə alimin çalışdığı Ratqer Universitetinin mətbuat xidməti məlumat yayıb.

51 yaşında dünyasını dəyişən E.Bruks ABŞ-da tüpürcəkdən alınan koronavirus testinin yaradıcısı sayılır.

2020-ci ilin may ayında onun yaratdığı test üsulu ABŞ-ın müvafiq qurumları tərəfindən rəsmən təsdiq edilib. Yeni üsul ev şəraitində də analizlərin qəbuluna imkan verdiyi üçün tibb işçilərinə daha genişmiqyaslı monitorinq imkanları yaradıb.

Bugünədək Bruksun təklif etdiyi üsulla ABŞ-da dörd milyondan çox test edilib. Alimin kəşfi əksər dünya ölkələri tərəfindən tanınıb.

Loading...

www.yenicag.az

158