!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ daha bir ölkəyə qoşun yeridir - 10 il qalacaqlar...

!Reklam – Yazi

ABŞ və Danimarka müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Yenicag.az xəbər verir ki, imzalanma mərasimi Vaşinqtonda dövlət katibi Antoni Blinken və Danimarka Krallığının xarici işlər naziri Lars Lekke Rasmussenin iştirakı ilə baş tutub.

Müqaviləyə əsasən, Amerika qoşunları 10 il müddətinə Danimarkada yerləşdiriləcək.

TASS-ın məlumatına görə, bu razılaşmaya əsasən, ABŞ Danimarka ərazisinə qoşun yerləşdirə və üç yerli hava məkanından istifadə edə biləcək.

Bundan əvvəl Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirmişdi ki, Vaşinqtonla Kopenhagen arasında əldə olunan razılaşma Danimarkanın təhlükəsizlik siyasətinin amerikalılar tərəfindən müəyyən ediləcəyinə gətirib çıxaracaq. Ona görə də Baltikyanı ölkələrdə sabitliyi gücləndirmək əvəzinə, gərginliyin artacağını gözləmək lazımdır.

ABŞ bu yaxınlarda Finlandiya ilə, daha əvvəl isə İsveçlə oxşar saziş bağlamışdı.

 

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv