ABŞ Xarici işlər naziri Mike Pompeo, aralarında “Xinhua” xəbər agentliyinin də yer aldığı 5 Çin media qurumunun ABŞ-dakı müxbir sayına məhdudiyyət tətbiq edildiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Pompeo yazılı açıqlamasında, “ABŞ hökuməti, bu gün Çin dövlətinə aid media qurumlarının ABŞ-dakı müxbir sayına müddətsiz şəkildə məhdudiyyət tətbiq edir” ifadəsini istifadə edib.
Qərarın məqsədi Çinə cavab verməkdir.
Çin hökuməti, ötən günlərdə paytaxt Pekində olan 3 “Wall Street Journal” (WSJ) müxbirinin mətbuat vəsiqələrini ləğv etmiş, ABŞ Xarici işlər naziri Pompeo isə qərara sərt reaksiya vermişdi.
ABŞ Xarici İşlər Nazirliyi, 5 media qurumu Çin hökumətinə məxsus olduğuna görə, bu qurumlara “xarici missiya şərtlərinin” tətbiq olunacağını açıqlamışdı.