Müstəqil Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlərdir. Bu istiqamət üzrə ölkədə liberal iqtisadiyyatın formalaşması prioritet sahələrdən birinə çevrilib.
İyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirmişdir. Azərbaycan Respublikasının Medianın […]
Ötən həftə Şuşada təşkil olunan Dünya Azərbaycanlılarının V Qurultayı müxtəlif ölkələrdə məskunlaşan və fəaliyyət göstərən soydaşlarımızı, diaspor liderləri və fəallarını növbəti dəfə bir araya gətirdi.
Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biri ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə olunmasıdır. Təbii, insanın həyatında və fəaliyyətində təbiətin rolu danılmazdır. Buna görə də 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir.
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən fərdi jurnalist müsabiqəsinin qalibləri açıqlanıb. Yenicag.az xəbər verir ki, qaliblər 2 və ya 5 nəfər […]