!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Ermənistan-Azərbaycan sərhədində baş verə biləcək hərbi əməliyyatlarla bağlı XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində baş verə biləcək hərbi əməliyyatlara qarşı xəbərdarlıq edir”. 

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Biz həftənin sonunda Azərbaycan hökumətinin bəyanatını gördük. Qeyd etməliyəm ki, Avropa İttifaqının (Aİ) müşahidə missiyası dünən elan etdi ki, həmin bəyanatlara baxmayaraq, Ermənistan-Azərbaycan sərhədi sakitdir, qoşunların və artilleriyanın qeyri-adi yerdəyişməsi müşahidə olunmur”, – Miller Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar aparması ilə bağlı bəyanatlarına cavab olaraq xatırladıb.

Dövlət Departamenti rəsmisi əlavə edib ki, ABŞ regionda hamının hüquqlarına hörmət edilən ədalətli və ləyaqətli sülh şəraitinin yaradılmasını təşviq etməkdə davam edir.

“Sabit sülhü təmin etməyin yeganə yolu danışıqlar masası arxasındadır”, – deyən spiker vəziyyətin gərginləşməsinin nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına uyğun olmadığını vurğulayıb.

Rafi Müslümov

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv