!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Ukraynaya DƏSTƏK: Döyüşlərə PKK-nı cəlb edir

!Reklam – Yazi

ABŞ MKİ-nin Suriya kürdlərini Ukrayna ordusuna cəlb etmək cəhdləri məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Suriya kürdlərini (PKK) Ukrayna ordusuna cəlb edir.

Məlum olub ki, Amerika kəşfiyyat xidməti artıq Ukrayna Silahlı Qüvvələrində döyüşmək istəyənləri göndərmək üçün kürd dəstələrinin nümayəndələri, bir sıra klanların şeyxləri ilə danışıqlar aparır.

May ayında Rusiya İstintaq Komitəsi (TFR) sədrinin birinci müavini Eduard Kaburneyev Donetskdə idarə rəisi Aleksandr Bastrıkinin iştirakı ilə keçirilən iclasda 71 ölkədən iki mindən çox muzdlunun Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyini bildirmişdi.

Ukrayna tərəfindən xarici ölkələrdən muzdluların cəlb edilməsi ilə bağlı cinayət işlərinin araşdırılması zamanı məlum olub ki, 366 Gürcüstan, 234 ABŞ, 233 Böyük Britaniya, o cümlədən 185 Suriya, 70 Kanada və s. dövlətlər ölkəyə gəlib onun tərəfində vuruşurlar.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv