!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də bank böhranlarının səbəbləri: Bu, ölkəmizə də təsir edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, ötən həftələrdən bəri ABŞ banklarında müxtəlif problemlər yaranıb. Onların bir qismi maliyyə çətinliklərilə üzləşib və müflis olub. Hətta bir neçəsi də bağlanıb.

Bəs bu cür dünya miqyaslı bankların müflis olması Azərbaycana necə təsir edəcək? Qarşıda hansı proseslər bizi gözləyir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli ABŞ-dəki bank böhranlarının səbəblərindən danışıb:

“Həmin böhranlar federal rezerv sisteminin uçot dərəcəsini artırmasından sonra başladı. Amma bu problemin böyüməsinə imkan vermədilər. Problemli bankları daha iri banklar almağa başladı, beləliklə məsələni həll etməyə çalışırlar.

2008-ci ildəki bank böhranı ilə indiki eyni deyil. Narahatlıqlar var. Çünki uçot dərəcəsinin bu qədər yüksək olduğu bir dövrdə problemlərin də artması güman olunur. Amma bu məsələ Azərbaycanın bank sektoruna birbaşa təsir edəcək gücdə deyil. Çünki bizim bank sektoru daha lokaldır, dünya sistemi ilə faiz dərəcələri fərqlidir. Hələlik, ölkəmizin bank sistemi güclüdür. Azərbaycanın tək problemi istehlak kreditlərinin, ümumiyyətlə, faizlərin yüksək olmasıdır. Bu da gələcəkdə bankların problemli kreditlərlə üzləşməsi ehtimalını gücləndirir”.

Şahanə Paşa

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv