!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də ilk: Türkiyə vətəndaşına şəhərin açarı verildi - FOTO

!Reklam – Yazi

ABŞ-nin Nyu-Cersi ştatında, türklərin ən sıx məskunlaşdıqları Paterson şəhərində iş adamı Hüseyn Bayrama şəhərin açarı təqdim edilib.

Açar Paterson bələdiyyəsində keçirilən rəsmi mərasimdə bələdiyyə sədri Andre Sayeq tərəfindən təqdim edilib.

Mərasimdə ABŞ Konqresinin üzvü Bill Paskrell, Paterson Şəhər Şurasının üzvləri və bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Hüseyn Bayrama yaşadığı şəhərə verdiyi töhfələrə görə təşəkkür edilib. Bildirilib ki, mükafat onun sahibkarlıq fəaliyyəti və xeyriyyəçiliyinə görə verilib.

Həmçinin, türk sahibkarın COVID-19 epidemiyası zamanı ehtiyacı olan 10 mindən çox insana və Nyu-Yorkdakı bəzi xəstəxana işçilərinə ərzaq yardımı etdiyi, təcili yardım qruplarına maska ​​və əlcəklər payladığı da vurğulanıb.

Qeyd edək ki, ABŞ-nin bəzi şəhərlərində rəhbərlik etibar qazanan, cəmiyyət üçün faydalı işlərə töhfə verən və yüksək nailiyyətlər əldə edən şəxslərə ildə bir dəfə olmaqla “Şəhərin açarı” mükafatını təqdim edir.

Hüseyn Bayram həm Nyu-Cersi ştatı, həm də Paterson şəhəri üzrə bu simvolik mükafatı alan ilk Türkiyə vətəndaşıdır.

Hüseyn Bayram təxminən 150 min sayla ABŞ-nin ən böyük türk icmasını təşkil edən Türk Amerika Giresun Təşkilatının prezidenti vəzifəsini icra edir. O, həmçinin Patersonun keçmiş bələdiyyə sədri Ceyn Uilyams-Uorrenin köməkçisi olub və hazırda ABŞ-də türk icmasının siyasətlə fəal məşğul olan nadir üzvlərindəndir.

 

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv