!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də inflyasiya böhranı: Gözləntilər özünü doğrultmadı

!Reklam – Yazi

May ayında ABŞ-də CPI (inflyasiyanın əsas göstəricisi) 1 faiz artıb.

Yenicag.az xəbər verir ki, gözləntilər inflyasiyanın aylıq 0,7 faiz artacağı yönündə olsa da, daha çox artım qeydə alınıb.

ABŞ Əmək Nazirliyindən verilən açıqlamaya görə, istehlak qiymətləri may ayında əvvəlki ayla müqayisədə 1 faiz artıb. Beləliklə, illik inflyasiya 8,6 faiz təşkil edib. İstehlak qiymətlərində isə illik artım 8,6 faiz təşkil edib. İstehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz artaraq illik 6 faiz olub.

Ölkədə enerji məhsullarının qiymətləri aylıq 3,9 faiz, illik 34,6 faiz, ərzaq məhsullarının qiymətləri isə aylıq 1,2 faiz, illik 10,1 faiz artıb. Orta həftəlik qazanc isə 0,7 faiz azalıb.

Gülşən Şərif

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv