!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də iqlim fəlakətlərinin yaratdığı zərər 2 trilyon dolları keçdi

!Reklam – Yazi

1980-ci ildən bəri ABŞ-də 338 hava və iqlim fəlakəti baş verib və onların iqtisadi zərəri 2,2 trilyon dollara çatıb.

Yenicag.az xəbər verir ki, ABŞ Milli Ətraf Mühit İnformasiya Mərkəzinin açıqladığı məlumatlara görə, son 3 ildə 1030 insanın öldüyü 56 fəlakətin iqtisadi zərəri 315 milyard dollar təşkil edib.

Son fırtınanın artıq 5 milyard dollarlıq zərər yaradacağı gözlənilir. Xüsusilə hava yolu və logistika şirkətlərinin fəaliyyətini dayandırması və bir çox iş yerinin bağlanması səbəbindən ciddi ziyanın olduğu bildirilir.

ABŞ prezidenti Co Bayden qış fırtınasından ən çox zərər çəkən Nyu-York ştatına fövqəladə hallar federal fondundan dəstək verəcəyini açıqlayıb.

Bayden hökuməti ləğv edilən uçuşlarla bağlı addım atıb. ABŞ Nəqliyyat Departamenti, ABŞ-nin ən böyük hava yolu şirkətlərindən biri olan Southwest-in keçən həftədən bəri 10,700 uçuşu ləğv etməsindən sonra təhqiqat başlatdığını açıqlayıb.

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv