!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də iqtisadi rekord: Ev təsərrüfatları ən yüksək qiymətdə...

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sisteminin məlumatına görə, birja və daşınmaz əmlaklarında qiymət artımıyla əlaqədar ev təsərrüfatlarının xalis sərvəti ilin birinci rübündə 148,8 trilyon dollar, ikinci rübündəysə, 154,3 trilyon dollara çatıb. Eyni dövr ərzində ölkədə mənzil və istehlak kreditlərində də artım müşahidə olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən məlumatlar ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən aprel-iyun dövrü üçün “ABŞ-nin Maliyyə Hesabları”nda dərc edilib.

Qeyd edək ki, ilin ikinci rübündə ev təsərrüfatlarının ümumi sərvətindəki artıma uyğun ABŞ səhmlərinin 2,6 trilyon dollar dəyər qazanması və daşınmaz əmlakın ümumi dəyərinin 2,5 trilyon dollar artması təsir edib. Amerikanın ev təsərrüfatlarının borcunun artımı bu ilin ikinci rübündə 2,4 faizdən 2,7 faizə yüksəlib.

Qeyd edilən dövrdə istehlak kreditləri 2,3 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,8 faiz artıb.

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv