!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də mina təhlükəsi ilə bağlı Azərbaycana dəstək kampaniyası keçiriləcək

!Reklam – Yazi

ABŞ-nin Dallas şəhərində Azərbaycandakı mina problemi ilə əlaqədar “Texaslılar minasız dünya üçün – Azərbaycan” adlı layihəyə start verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri, tanınmış musiqiçi Cəmilə Cavadova-Şpitsberqin təşəbbüsü ilə həyata keçirilən layihədə əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğaldan azad edilmiş rayonlarındakı mina probleminə cəlb etmək və minaaxtaran itlərin alınaraq ölkəmizə göndərilməsi ilə torpaqlarımızın minadan təmizləmə prosesinə kömək etməkdir.

Amerika Azərbaycan Koordinasiya Şurasının (AAKŞ) üzvü olan təşkilatın çağırışına digər Şura üzvləri və ABŞ-də fəaliyyət göstərən təşkilatlar da qoşulublar.

Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri adından Texasdakı bütün icmalara ünvanlanan müraciətdə bildirilib ki, azərbaycanəsilli amerikalıların tarixi vətəni olan Azərbaycan Respublikası 30 illik işğal müddətində çətin sınaqlardan keçib və indiyədək həmin dövrün ağır yükünü daşımaqdadır.
Qeyd edilib ki, bu çətinliklərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində kütləvi şəkildə basdırdığı mina təhlükəsi ilə bağlıdır. Bu minaların Azərbaycanın ətraf mühitini çirkləndirdiyi və öz doğma yurduna qayıtmaq istəyən dinc azərbaycanlıların həyatını ölümlə təhdid etdiyi diqqətə çatdırılıb.

“Marshal Legacy Institute” (MLI) qeyri-kommersiya təşkilatının mina axtaran itlər proqramını (The Mine Detection Dog Partnership Program) xatırladan fond rəhbəri nəzərə çatdırıb ki, xüsusi təlim görmüş bu itlərin alınması və Azərbaycana göndərilməsi məqsədilə tələb olunan vəsaitin toplanması üçün 29 sentyabr 2023-cü ildə Dallasda mədəni tədbir keçiriləcək. Müxtəlif icmaların rəhbərlərinin və rəsmi şəxslərin dəvət olunduğu tədbirdən əldə olunacaq bütün vəsait MLI-ın hesabına köçürüləcək.

Fond rəhbəri amerikalıları vəziyyəti yaxşılığa doğru dəyişmək naminə bu kampaniyaya qoşulmağa çağırıb.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv