!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də müvəqqəti dövlət büdcəsinin qlobal bazarlara TƏSİRİ - Həftə necə başladı?

!Reklam – Yazi

Birləşmiş Ştatlarda müvəqqəti dövlət büdcəsinin təsdiqlənməsi hökumətin istefa riskini aradan qaldırıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, ABŞ Senatının federal hökumətə 45 günlük maliyyə vəsaiti təqdim edərək müvəqqəti büdcə qanunu layihəsini təsdiqləməsi qlobal bazarlara sabitləşdirici təsir göstərib.

Məlumata görə, sözügedən qanun layihəsi əvvəl respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında, daha sonra isə demokratların üstün olduğu Senatda qəbul edilib.

Ekspertlər bununla ABŞ hökumətinin istefa riskinin hələlik aradan qaldırıldığını və həftənin əvvəlindən intensivləşməsi gözlənilən makroiqtisadi məlumatların sərmayəçilərin diqqət mərkəzində olacağını bildirirlər.

Bundan başqa, ölkədə açıqlanacaq məşğulluq hesabatında yer alan məlumatların da iş dünyasında böyük maraqla gözlənildiyi vurğulanır. Bu həftə əmək bazarının gedişatı ilə bağlı verilən siqnallara görə, bazarlarda volatilliyin artması da proqnozlaşdırılır.

Eyni zamanda, bu həftə açıqlanacaq Satınalma Menecerləri İndeksi (PMI) də investorların diqqət mərkəzində olan gözləntilər sırasındadır.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv