!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dəki yunan lobbisinə ermənilərdən dəstək: Türkiyəyə qarşı birləşdilər

!Reklam – Yazi

Ötən həftə Madriddə keçirilən NATO-nun zirvə toplantısından sonra ABŞ Prezidenti Co Baydenin Türkiyəyə F-16 satışını dəstəkləyən açıqlamaları Vaşinqtondakı yunan lobbisini hərəkətə keçirib.

Yenicag.az xəbər verir ki, yunan lobbisinin dünən başlatdığı Türkiyə əleyhinə hərəkətə erməni lobbisi də qoşulub.

ABŞ Konqresində yunan lobbisinin dəstəklədiyi bəzi siyasətçilər bu satışın qarşısını almaq üçün Milli Müdafiə Səlahiyyəti Müqaviləsinə dəyişiklik etmək üçün qanun layihəsi hazırlayarkən erməni lobbisindən də onlara dəstək gəlib.

Erməni lobbisinin dəstəklədiyi siyasətçilər Gus Bilirakis, Carolin Maloney, Kris Pappas, Dina Titus bu kampaniyaya qoşulub. Konqres üzvləri Baydenə məktub yazaraq Türkiyəyə mümkün F-16 satışı ilə bağlı narazılıqlarını ifadə ediblər. Məktubda “Türkiyə və Türkiyənin dəstəklədiyi qüvvələr İraq, Suriya və Dağlıq Qarabağda ABŞ istehsalı olan silahlarla hücumlar həyata keçiriblər” yazılıb.

ANCA-nın rəhbər şəxslərindən olan Aram Hamparyan da bu prosesi dəstəklədiklərini açıqlayıb: “Biz yunan müttəfiqlərimizə qoşuluruq və Pallonenin Baydenə çağırışını dəstəkləyirik”.

Erməni mətbuatında yer alan xəbərlərdə yunan və erməni lobbisinin dəstəyi ilə digər siyasətçilərin də bu məktubu imzalayacağı bildirilib.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv