!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Türkiyənin daxili siyasətinə AÇIQ MÜDAXİLƏ: “Bayden də bəyan etmişdi ki...” - AKP millət vəkili

!Reklam – Yazi

“Türkiyə xalqı öz torpağında, öz bayrağının altında kimsədən asılı olmadan yaşayıb və yaşayacaq”.

Bu fikirləri ABŞ-nin Ankaradakı səfiri Ceff Fleykin son həftələrdə ölkənin əsas müxalifət qüvvələrinin liderləri ilə intensiv görüşlərinin Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlılığını şərh edən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ başda olmaqla Qərbin Türkiyəyə yönəlik təzyiqləri bir neçə istiqamətdə özünü göstərməkdədir:

“Əlbəttə, Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. Görünür, Türkiyəyə qarşı münasibətlərini gizlətmək istəməyən Qərb ölkələri, ilk növbədə isə ABŞ bundan öz məqsədləri üçün yararlanmağa çalışır. O baxımdan, ABŞ-nin Türkiyədəki səfirinin müxalifət partiyalarının rəhbərliyi ilə keçirdiyi görüşləri biz də diqqətlə izləyirik.

Sözsüz ki, ABŞ-nin Türkiyəyə yönəlik tövrünü nəzərə alsaq, səfirin bu fəallığının səbəbi bizim üçün aydındır. Ancaq, eyni zamanda, bunu da bildirməliyik ki, Amerika səfiri artıq Vyana Konvensiyasını pozaraq öz səlahiyyyətlərindən kənara çıxmaqdadır. Hər halda, dediyim kimi, bu məsələ diqqət mərkəzindədir.

Müdaxilə ehtimalına gəlincə, xatırlayırsınızsa, ABŞ Prezidenti Bayden də Türkiyədə hakimiyyət dəyişikliyinə dəstək verəcəyini bəyan etmişdi. Səfirin aktivləşməsinin görünməyən tərəfini bu bəyanatla da izah etmək mümkündür.

Söylədiklərim şablon görünməsin, lakin Qərb Türkiyənin davamlı inkişafını, xüsusilə özünün müdafiə sənayesini bu qədər irəli aparmasını həzm edə bilmir. Ona görə də məlum tərtiblərə əl atırlar. Ancaq onların bilmələri lazımdır ki, Türkiyə xalqı öz torpağında, öz bayrağının altında kimsədən asılı olmadan yaşayıb və yaşayacaq. Bu səbəbdən onların öz məqsədlərinə nail olmaları mümkün deyil. Türkiyə xalqı kimlərinsə onların yerinə qərar vermələrini qəbul etməyəcək”.

A.Zeynalov

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv