!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Yaşıl Enerjiyə 20 milyard dollar YATIRIM

!Reklam – Yazi

ABŞ Yaşıl Enerji investisiyalarını dəstəkləmək üçün 20 milyard dollarlıq yeni maliyyə dəstəyini açıqlayıb.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, bunu ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) öz açıqlamasında bildirib. Bununla bağlı olaraq prezident Co Bayden “Amerikaya İnvestisiya” proqramı çərçivəsində 27 milyard dollar həcmində “İstixana Qazlarının Azaldılması Fondu” çərçivəsində yeni iki qrant proqramına başlanıldığı bildirilir.

Bununla bağlı olaraq özəl kapitalı ekoloji təmiz texnologiya layihələrinə yönəltməklə, xüsusilə aztəminatlı amerikalı ailələr üçün yaxşı maaşlı iş yerləri yaradılması planlaşdırılır. Sözügedən agentlik enerji xərclərini aşağı salacağına diqqət çəkərək, bu imkanın ekoloji çirklənmənin qarşısının alınması üçün zərərli tullantıların azaldacağını qeyd edib.

Həmçinin açıqlamada qeyd edilir ki, 14 milyard dollar həcmində “Milli Təmiz İnvestisiya Fondu”nun maliyyə təşkilatlarını dəstəkləmək üçün qrantlar verəcəyi gözlənilir. Ekoloji cəhətdən təmiz texnologiya layihələri üçün əlçatan maliyyə imkanları təmin etmək məqsədilə özəl sektorla tərəfdaşlıq etmələrinə imkan verlməsinə dair fikirlər əksini tapıb.

Yusif Səmədzadə

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv