!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ədliyyə Nazirliyi “SpaceX”i məhkəməyə verdi

!Reklam – Yazi

ABŞ Ədliyyə Nazirliyi milyarder İlon Maskın “SpaceX” şirkətini məhkəməyə verib. Səbəb qaçqınların işə götürülməsində ehtimal olunan diskriminasiyadır.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin saytında qeyd olunub.

İddia edilir ki, azı 2018-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər “SpaceX” mütəmadi olaraq sığınacaq almış şəxsləri işə götürməkdən imtina edib və ya vətəndaşlıq statuslarına görə onları işə götürməkdən və ya nəzərdən keçirməkdən vaz keçib.

Qeyd olunub ki, bu, immiqrasiya və vətəndaşlıq haqqında qanunun pozulmasıdır.

“SpaceX”in vakansiya siyahılarında, federal ixraca nəzarət qanunlarına görə yalnız qrinkart sahiblərinin və ABŞ vətəndaşlarının şirkətdə işləyə biləcəyini yanlış şəkildə qeyd etdiyi iddia edilir./Report/

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv