Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ Əfqanıstanı belə talayıb - Yeni sənədlər yayıldı

11 sentyabr 2001-ci ildə Əkiz Qüllələrə hücumlardan sonra ABŞ tərəfindən işğal edilən Əfqanıstanda 20 il NATO mexanizmi tətbiq edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Wikileaks” saytı ABŞ-nin Əfqanıstanı necə taladığını sübut edən sənədlər yayıb.

Sənədlər, Əfqanıstanın Logar əyalətində, Kabildan təxminən 30 kilometr cənub-şərqdə yerləşən Aynak mis mədəninin ABŞ-nin qlobal şirkətlərinə necə verildiyini üzə çıxarıb.

Sənədə əsasən, terrorla mübarizə bəhanəsi ilə ölkəni işğal edən ABŞ-nin 25 milyard dollarlıq mis ehtiyatlarını Afrika, Meksika və Avstraliya kimi ölkələrdə – dünyanın demək olar ki, bütün yerlərində mədənlər işlədən öz şirkəti “Phelps Dodge”yə verdiyi məlum olub.

Sənədlərdə, həmçinin ABŞ-nin Kabildəki səfirliyinin mədənçiliklə bağlı 2007-ci ildə başlayan danışıqlarda kritik rol oynadığıda aydın olub.

185 milyon ton filiz ehtiva edən 2,37 faizlik qiymətli metalın çıxarılması bu mədənin nə qədər dəyərli olduğunu sübut edir.

Bu mənbənin ümumi dəyərinin 25 milyard dollar olduğu təxmin edilir. Mədənin işlənməsi üçün tələb olunan ilkin kapital xərclərinin isə (potensial əritmə əməliyyatının dəyəri istisna olmaqla) 600-900 milyon dollar olduğu bildirilir.

Layihəyə 2008-ci ildə başlanılıb və sonrakı illərdə davam etdiriləcəyi təmin edilib.

Biri 2007-ci il, digəri 2015-ci ilə aid olan iki sənəddə qeyd edilib ki, xüsusilə Əfqanıstandakı Mədən nazirləri və hökuməti bu iş üçün istifadə edilib.

www.yenicag.az

275
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100