!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ erməni diasporunun yalan üzərində qurulan təbliğatına artıq inanmır” – REAKSİYA

!Reklam – Yazi

“Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasına təqdim olunan Azərbaycan əleyhinə qətnamə də rədd edildi”.

Bu fikirləri Ermənistan rəsmilərinin onlar üçün yaranmış əlverişsiz vəziyyəti erməni diasporunun aktivləşməsi ilə dəyişməyin mümkünlüyünə yönəlik fikirlərinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Azərbaycanın düşünülmüş şəkildə, ağıl və təmkinlə apardığı mübarizəyə dünya heç nə deyə bilmir:

“Ermənilərin Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı səs-küy salmaları, özlərini dünyaya ən aşağı formada təqdim etməyə çalışmaları bir daha nümayiş etdirir ki, Azərbaycan doğru yoldadır. Bu qənaət nədən yaranır? Ötən il dekabrın 12-dən etibarən Laçın yolunda başlayan etiraz aksiyası da göstərdi ki, Azərbaycanın düşünülmüş şəkildə, ağıl və təmkinlə apardığı mübarizəyə dünya heç nə deyə bilmir.

Düzdür, müəyyən mərkəzlər, özəlliklə də Fransa kimi ölkələr, həmçinin erməni diasporu Azərbaycanın üzərinə gəlməyə cəhd göstərdi. Lakin bu səylər nəticə vermədi. Hətta Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasına təqdim olunan Azərbaycan əleyhinə qətnamə də rədd edildi. Yəni bu məsələdə Azərbaycanı haqsız göstərəcək heç bir səbəb tapılmadı. Çünki ermənilər öz təbliğatlarını yalan və böhtan üzərində qurublar. Azərbaycan onların bu təbliğatını darmadağın etdi.

Dünən ABŞ-dəki erməni diasporunun özəyi sayılan Amerika Erməni Milli Komitəsinin sosial şəbəkədə yayımladığı şikayət xarakterli paylaşımı diqqətimi cəlb etdi. Bu qurum öz paylaşımında ABŞ qanunvericilərinə sitəm edirdi ki, onlar “Azərbaycandakı rejimin qarşısını almırlar”. Bu onun göstəricisidir ki, ermənilər yalan üzərində qurduqları təbliğatı nə qədər genişləndirsələr də, ABŞ onların yalanlarına artıq inanmır.

Azərbaycan dövləti dəqiq və düzgün siyasət yürüdür, ölkənin vətəndaş cəmiyyəti doğru istiqmətdə fəaliyyət göstərir. Biz bu cür də davam etməliyik. Ermənilər isə düşdükləri vəziyyətdə təxribatçı əməllərinə yenə də ara vermirlər. Onların Sərsəng Su Anbarında törətdikləri təxribat nəticəsində Suqovuşan da quruyub. Ona görə də hadisələrin inkişafına hazır olmaq lazımdır.

Qeyd edim ki, Beynəlxalq Böhran Qrupunun yaydığı yeni hesabatda 2023-cü ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin müharibə həddinə çatacağı təqdirdə, Azərbaycanın yenidən qalib gələcəyi proqnozlaşdırılıb. Bu isə Ermənistan üçün növbəti fəlakət olacaq”.

A.Zeynalov

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv