!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ermənistandakı Aİ missiyasını dəstəkləyir

!Reklam – Yazi

ABŞ Ermənistanda Avropa İttifaqının müşahidə missiyasını dəstəkləyir.

Yenicag.az “Azadlıq” radiosunun erməni xidmətinə istinadla xəbər verir ki, bu, ABŞ səfirliyinin məlumatında qeyd olunub.

Radio səfirlikdən Aİ missiyasının genişləndirilməsi ilə bağlı etibarlı məlumatların olduğunu nəzərə alaraq, ABŞ-ın müşahidə missiyasına qoşulmasının mümkün olub-olmadığını soruşub.

ABŞ səfirliyi yalnız qeyd edib ki, onlar tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda qarşılıqlı etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün konstruktiv atmosferin təmin edilməsi istiqamətində səylərini alqışlayırlar.

ABŞ səfirliyinin cavabında deyilir ki, “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir”.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv