!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Fələstin dövlətini tanımağa HAZIRLAŞIR

!Reklam – Yazi

 

ABŞ Dövlət Departamenti Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə Axios xəbər saytı ABŞ administrasiyasındakı iki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinə İsrail və HƏMAS arasındakı müharibədən sonra Vaşinqton və beynəlxalq ictimaiyyət tərəfindən “Fələstin dövlətinin” mümkün tanınması variantlarını təhlil edib təqdim etməyi tapşırıb.

Amerika Xarici Siyasət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ Dövlət Departamenti Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həlli üçün tələb olunan konkret hərəkətlər barədə regiondakı tərəfdaşları ilə məsləhətləşmələr aparır.

Xuraman Etibarlı

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv