!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ həm “suyu bulandırır”, həm danışıqlara çağırır: “Ermənistanın maraqlarına uyğun addımlar atılırsa...”

!Reklam – Yazi

“Əsas məqsəd Ermənistanı 10 noyabr üçtərəfli bəyanatı əsasında üzərinə götürdüyü öhdəliklərdən yayındırmaqdır”.

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Vaşinqtonun Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara tərəfdar olduğuna dair sözlərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Yusif Bağırzadənin sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazla bağlı son addımları Vaşinqtonun səmimiliyini ciddi şübhə altına alır:

“ABŞ Konqresində keçirilən məlum dinləmələrdə yenə də Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirildi. Bunun səbəblərindən biri də ABŞ-də gələn il keçiriləcək prezident seçkiləridir. Ona görə də, ABŞ hakimiyyəti tərəfsizliyini kənara qoyaraq ermənilərin səsini qazanmaq üçün Azərbaycanı yenidən hədəfə alıb.

Bu çərçivədə daha bir mühüm nüansa diqqəti yönəltmək istərdim. Bildiyiniz kimi, dekabrda Avropa İttifaqının sammiti keçirilməli idi. Planlaşdırılan sammitdə Ukrayna və Gürcüstanın ittifaqa üzvlük məsələsinə baxılması da gözlənilirdi. Lakin sammit gələn ilin martına qədər təxirə salındı.

Səbəblərdən biri də ABŞ, o cümlədən, aparıcı Qərb dövlətlərinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması və bundan sonra Ermənistanın Avropaya, NATO-ya inteqrasiya prosesinin sürətləndirilməsinə nail olmaq niyyətidir.

Burada həm də əsas məqsəd Ermənistanı 10 noyabr üçtərəfli bəyanatı əsasında üzərinə götürdüyü öhdəliklərdən yayındırmaqdır. Digər tərəfdən, ABŞ bu günlərdə bədnam 907-ci düzəlişin toxunulmazlığı ilə bağlı Ermənistanın maraqlarına uyğun qətnamə qəbul edirsə, Vaşinqtonun hansı obyektivliyindən danışmaq olar? Görünən budur ki, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətində qətiyyən səmimi deyil”.

Səxavət Məmməd

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv